İngiltərə

Sabiq kapitanı Jota ilə göz yaşları ilə vidalaşdı – FOTOLAR/VİDEO

2025-ci il iyulun 3-də Portuqaliya millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Dioqo Jotanın faciəli şəkildə vəfat etdiyi məlum olub.

Aut.az xəbər verir ki, elə həmin gün “qırmızılar”ı azarkeşləri portuqaliyalı hücumçunun xatirəsini anmaq üçün “Enfild” stadionunun önündə toplaşıblar. Bu gün isə onlara klubun sabiq kapitanı Cordan Henderson da qoşulub. İngiltərəli futbolçu keçmiş komanda yoldaşı ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Dioqo Jota və Cordan Henderson 2020–2023-cü illər arasında “Liverpul”un heyətində birgə çıxış ediblər.

Aut.az

Jordan Henderson paying tribute to Diogo Jota with flowers outside Anfield.

Image