İngiltərə

“Çelsi”nin yeni baş məşqçisi bu mövqelərə transferlər tələb edir

Tezliklə London “Çelsi”sinə rəsmən başçılıq edəcək italiyalı Entso Mareska artıq klub rəhbərliyi ilə yay transfer pəncərəsi üçün planları müzakirə edir.

Aut.az xəbər verir ki, məşqçinin prioritetlər qapıçı, sol cinah müdafiəçisi və hücumçu gətirməkdir.

Ötən mövsüm “təqaüdçülər”in əsas qapıçısı Robert Sançes idi, mövsümün sonunda isə Corce Petroviç oynadı.

Əsas forvard funksiyaları ötən mövsüm 44 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan Nikolas Ceksona həvalə edilib. Eyni zamanda, Kristofer Nkunku mövsümün çox hissəsində zədəli olub, Devid Vaşinqton isə cəmi 9 matçda iştirak edib.

Ben Çilluel və Mark Kukarella “Çelsi”nin sol cinah müdafiəçisi mövqeyində oynaya bilər, eləcə də hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Yan Matsen.

Aut.az