Premyer Liqanın bu klubları futbolçularını təcili satmalıdırlar: Yoxsa…
“Çelsi”, “Aston Villa”, “Nyukasl”, “Everton”, “Nottingem Forest” və “Lester” klubları 105 milyon funt sterlinq (123,7 avro) məbləğində itkiləri məhdudlaşdıran 3 illik mənfəət və davamlılıq qaydalarına (PSR) riayət etmək üçün bəzi oyunçularını mümkün qədər tez satmağa məcburdurlar.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər bir klub üçün konkret maliyyə həddi məxfi qaldığından, bu klubların hər birinin oyunçu satması üçün lazım olan məbləğ fərqli olacaq.
Vurğulanır ki, qaydalara əməl olunmasa, artıq “Everton” ötən mövsüm tətbiq olunduğu kimi, bu klublara xalların silinməsi şəklində sanksiyalar tətbiq oluna bilər.
Aut.az
