İngiltərə

Səhmləri alır, stadionun tutumunu 90 minə qaldırır

Britaniyalı milyarder Cim Ratkliff Mançester Yunayted futbol klubunun səhmlərini alacağı təqdirdə “Old Trafford”un tutumunu artırmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu həftə Ratkliff  1,3 milyard funt-sterlinqə (1,5 milyard avro) qədər olan səhmlərin alınması ilə bağlı sövdələşməni tamamlayacaq. Müqavilənin bir hissəsi olaraq, “Old Trafford”un modernləşdirilməsi və 90 000 azarkeş tutumuna qədər genişləndirilməsi üçün vəsait ayrılacaq.

Daha əvvəl məlum olmuşdu ki, “İneos”un sahibi, britaniyalı milyarder Cim Ratkliff klubda 25% səhm alacaq, Avram və Coel Qleyzer isə nəzarət paketini özündə saxlayacaqlar. Qətər Şeyxi Cassim bin Hamad Al Thani klubun səhmlərinin 100%-ni almaq üçün danışıqlardan geri çəkilib.

Aut.az