İngiltərə

Hər şey o qədər də pis deyil: 118 illik rekordu təkrarladı

 “Mançester Yunayted”in niderlandlı  baş məşqçisi Erik ten Haq klubun 118 illik m edən rekordunu təkrarlayıb.

Aut.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 11-ci turunun “Fulhem”ə qarşı oyununda (1:0) əldə olunan qələbə mütəxəssisin “qırmızı şeytanlar”ın rəhbərliyi altında 50-ci qələbəsi olub.

Bu nailiyyəti əldə etmək üçün ona cəmi 79 matç bəs edib ki, bu da 118 illik rekordun təkrarıdır. 118 ill əvvəl Ernest Manqnall eyni sayda görüşdə 50 qələbə qazanmışdı.

Buna baxmayaraq, media “Mançester Yunayted”in rəhbərlərinin Erik ten Haqın əvəzlənməsi variantını nəzərdən keçirdiyi barədə şayiələr yayıb.

Komandanın 11 turdan sonra cəmi 18 xalı var ki, bu da onu avrokubok zonasından kənarda qoyur.

Aut.az