Dünya futbolu

Samirdən ona məsləhət: “Real”a keçməkdənsə…

Fransa millisinin sabiq üzvü Samir Nəsri Kilian Mbappe barədə danışıb.

Aut.az xəbər verir ki, o, “Le Figaro”ya açıqlamasında həmyerlisinin PSJ-dən ayrılmamalı olduğunu bildirib:

“O getsə, PSJ-nin heyəti zəifləyəcək. Amma klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları da dəvət edə biləcək. Amma onlar Mbappe olmayacaq, bu aydındır. Bu gün Kilian klub və milli komanda üçün çox vacib fiqurdur.

İki il əvvəl dedim ki, mən onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm. Mən hələ də belə düşünürəm. Mən onun yerində olsaydım, “Real”ın 50-ci Çempionlar Liqasını qazanmasına kömək etmək üçün Madridə getmək əvəzinə PSJ-də qalardim. Mən orada oynayanda “Marsel” Qətərə məxsus olsaydı, heç vaxt ayrılmazdım. Öz məmləkətimin kralı olmaq daha yaxşıdır”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Futbolçunun “Real”la danışıqlar aparıdığı barədə iddialar var.