İngiltərə

Bərpa başladı – Xəstəxanadan FOTO paylaşdı

“Arsenal”ın lideri Bukayo Saka əməliyyat olunub.

Aut.az xəbər verir ki, futbolçu bu barədə İnstaqram səhifəsində məlumat verib.

“İnsanların çoxu maneələri görür, amma imkanları çox az adam görür. Bərpa başladı və mən daha güclü qayıdıram! Mesaja görə hər kəsə təşəkkür edirəm”, – deyə Saka xəstəxanadan foto əlavə edərək yazıb.

23 yaşlı ingilis futbolçu dekabrın 21-də Premyer Liqanın 17-ci turunun “Kristal Peles”lə oyununda (5:1) zədələnib.

Bu mövsüm futbolçu London klubunda 24 matçda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bərpa başladı – Xəstəxanadan FOTO paylaşdı

Aut.az