Formula 1

Marko və Ferstappendən Klopun təyinatına reaksiya: Başa düşə bilmirəm ki…

“Red Bull” Formula 1 komandasının məsləhətçisi Helmut Marko və 27 yaşlı pilotu Maks Ferstappen ulduz alman məşqçi Yurgen Kloppun “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsinə təyin olunmasını şərh edib.

“Mən başa düşmürəm ki, o, bütün bunları, bu müxtəlif qitələri və s. necə birləşdirmək istəyir. Amma futbol bizim üçün çox vacib olduğu üçün hesab edirəm ki, bu, atıla biləcək ən yaxşı addım idi”, – deyə “Daily Mail” Markodan sitat gətirib.

“Mən bir müddət idi bilirdim ki, onlar danışıqlar aparır və müqavilə imzalanmağa yaxındır. Məncə, bu, böyük təkandır. “Red Bull” da sahib olduqları komandalarda futbola çox sərmayə qoyur və artıq çoxlu istedadlar ortaya çıxır. Yurgen kimi birisi “Red Bull”a bu qədər böyük təcrübə ilə rəhbərlik edəndə, bu, bütün təşkilat üçün əladır”, – Ferstappen bildirib.

Yurgen Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. İngiltərə klubu ilə Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanıb. Yanvarın 1-dən Klopp “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri olacaq.

Aut.az