Mourinyo zarafat etdi: “Siti” cəzalandırılsa, mənə bonus və medal verilməlidir
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”lə Avropa Liqası matçı öncəsi mətbuat konfransında zarafat edib.
Aut.az xəbər verir ki, o, “Mançester Siti”nin 115 maliyyə pozuntusuna görə cəzalandırılacağı halda, keçmiş komandasının 2017/18 mövsümündə İngiltərə çempionu ola biləcəyini və buna görə medal almalı olduğunu deyib:
“Avropa Liqasının qalibi olduq, Premyer Liqada ikinci yeri tutduq. Düşünürəm ki, bizim hələ o çempionluğu qazanmaq şansımız var. Bəlkə də “Mançester Siti” cəzalandırılacaq. Onda onlar mənə bonus ödəməli və medal verməli olacaqlar”.
Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi “qırmızı şeytanlar” həmin mövsüm Premyer Liqanı liqa çempionu olan “Mançester Siti”dən 19 xal geri qalaraq ikinci pillədə başa vurmuşdu.
Aut.az
