İngiltərə

“Arsenal” Premyer Liqada rekord müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının 34-cü turunda “Nyukasl”la qarşılaşmada “Arsenal” 9-cu dəqiqədə hesabı açıb.

Ebereçi Eze künc zərbəsindən sonra topu “sağsağanlar”ın qapısına göndərib.

Aut.az xəbər verir ki, “Arsenal” Premyer Liqada bir mövsümdə künc zərbələrindən vurulan qolların sayına görə rekord müəyyənləşdirib – 17.

“Oldhem” (1992/93), “Vest Bromviç Albion” (2016/17) və “Arsenal” (2023/24) bir mövsümdə künc zərbələrindən 16 qol vurmuşdular.

Aut.az