Onunla üzbəüz qalanda bir yolun olur: dua etmək – Anri
“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri “Mançester Siti”nin yeni transferi Ceremi Doku ilə bağlı təəssüratlarını bölüşüb.
“Onunla üzbəüz qalanda bir yolun olur – dua etmək. Həyatımda nadir hallarda bir oyunçunun driblinqdə bu qədər sürətli hərəkət etdiyini görmüşəm. Bu, qeyri-adidir”, – “The Sun” Anridən sitat gətirib.
Doku üç il “Renn”də çıxış edib (2020-ci ildən). 2022/2023 mövsümündə belçikalı bütün yarışlarda 35 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalının məlumatına görə, 21 yaşlı futbolçunun təxmini dəyəri 28 milyon avrodur.
Aut.az
