Premyer Liqa klubunda yenə də istefa gündəmə gəldi
“Vest Hem” klubunun 58 yaşlı ispan məşqçisi Xulen Lopeteqi yenidən rəhbərlik və azarkeşlərin tənqid atəşi altında qalıb.
Aut.az xəbər verir ki, futbol insayderi Aleks Krukun sözlərinə görə, klub artıq Lopeteqiyə şans verməyi planlaşdırmır və tezliklə onun istefasını elan edəcək.
Dekabrın əvvəlində rəhbərlik ispaniyalının istefaya göndərilməsi imkanını artıq nəzərdən keçirirdi, lakin sonra ona nəticələri düzəltmək şansı verildi. Bununla belə, dekabrın 5 matçında “Vest Hem” mümkün 15 xaldan cəmi 8 xal toplayıb. Komanda hazırda 29 xalla turnir cədvəlində 14-cü yerdədir.
“Vest Hem” son iki oyunu İngiltərə futbolunun nəhənglərinə qarşı keçirib və darmadağın olub.
Əvvəlcə “çəkicdöyənlər” “Liverpul”dan beş cavabsız qol görüb, ardınca 1:4 hesabı ilə “Mançester Siti”yə məğlub olub.
Aut.az
