İngiltərə

“Çelsi” özünə qoyulmur: Daha bir ukraynalını hədəfə alındı

“Bornmut”un 22 yaşlı ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnı dünyanın bir sıra aparıcı komandalarının marağına səbəb olub.

Aut.az xəbər verir ki, ukraynalı müdafiəçi “Çelsi”nin də qısa siyahısındadır. “Bornmut” İlyanı bu qış buraxmağa həvəsli deyil, lakin londonlular zədə səbəbindən bu mövqedə yaranan kadr çatışmazlığından transferi yanvarda başa çatdırmaq istəyirlər.

“Çelsi” Zabarnıdan başqa, Jül Kunde, Conatan Ta, Abdukodir Xusanov və Trevo Çalobanın icarəyə götürülməsini də nəzərdən keçirir.

Zabarnı 2024-cü ildə Ukrayna millisinin ən yaxşı futbolçusu seçilib. Dopinqdə “ilişən” ukraynalı Mixail Mudrik də “Çelsi”də çıxış edir.

Aut.az