İngiltərə

Okeanı adlayır?

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Frenk Lempard tezliklə MLS-də çıxış edən Şimali Karolinanın “Şarlotta” klubuna rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, Amerika klubunun rəhbərliyi dekabrın sonuna kimi yekun qərar qəbul etməyi qarşısına məqsəd qoyub. “Şarlotta”nın baş məşqçisi postuna Lemparddan başqa “Lester”in keçmiş baş məşqçisi Din Smit də iddialıdır.

Lempard ötən mövsümün sonundan bəri işsizdi. London klubundan əlavə, 45 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Derbi Kaunti” və “Everton”da çalışıb.

Bu mövsüm “Şarlotta” MLS-in pley-off mərhələsinə yüksələ bildi, lakin ilk mərhələdə “Nyu York Red Bullsdan” sarsıdıcı məğlubiyyət aldı (2:5).

Aut.az