Onun üçün boş nömrə qalıb? – Petit “Çelsi”ni ələ saldı
“Arsenal”ın sabiq futbolçusu Emmanuel Petit hücumçu Ceydon Sançonun “Mançester Yunayted”dən “Çelsi”yə keçməsinə ironik reaksiya verib.
“Transfer pəncərəsinin son günündə Sanço ilə müqavilə imzaladıqlarını görəndə onun üçün forma nömrəsinin qalıb-qalmadığını düşündüm.
Təsəvvür edin ki, o, paltardəyişmə otağının qapısını açır və bu qədər oyunçu görür – onların hamısı bir paltardəyişmə otağına sığmır! Təlim bazasında onların oyunçular üçün iki otağı, üç meydançası və 12 fizioterapevti olmalıdır”, – ESPN Petitdən sitat gətirib.
Aut.az
