İngiltərə

Əfsanə İngiltərə millisinə qayıtdı: Bu dəfə…

Çempionşip təmsilçisi “Birmingem Siti” Eşli Koulun əsas komandanın məşqçilər korpusunu tərk etdiyini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bundan sonra İngiltərə yığmasında çalışacaq. O, millinin müvəqqəti baş məşqçisi kimi fəaliyyət göstərən Li Karsliyə kömək edəcək.

Qeyd edək ki, Eşli Koul bir oyunçu kimi 2001-2014-cü illərdə İngiltərə millisində çıxış edib və ümumilikdə 107 oyun keçirib və qol vurmayıb.

Aut.az