İngiltərə

İddia: Avro-2024-də qorxu faktoru olacağıq

İngiltərə millisinin və “Aston Villa”nın hücumçusu Olli Uotkins yığmanın hazırkı gücü ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Uoptkins bu barədə “Evening Standard”a danışıb.

“Düşünürəm ki, biz həqiqətən yaxşı formadayıq. Seçmə qrupda məğlubiyyətsiz qaldıq və lider mövqeyimizi qoruduq, ona görə də burada mənfi cəhət yoxdur – yalnız müsbət. Şimali Makedoniya ilə son oyunda (0:0) qalib gələ bilməsək də, yenə də yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ancaq heç nə boş yerə verilmir.

Avro 2024-dəki digər komandalar bizi necə qəbul edəcək? Bizimlə oynamaqdan qorxacaqlar. Biz dünyanın ən yaxşı komandalarından biriyik. Bizim dünya səviyyəli oyunçularımız var, ona görə də biz şübhəsiz ki, digər komandalar üçün qorxu faktoruyuq”.

Aut.az