Yayda imtina etmişdilər, indi qaytarırlar
İspaniyalı qapıçı David De Xea “Mançester Yunayted”ə qayıda bilər.
Aut.az xəbər verir ki, onun kamerunlu həmkarı Andre 2024-cü ildə Afrika Millətlər Kubokuna gedəcəyi üçün De Xea ilə qısamüddətli sözləşmə imzalanacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı oyunçu yayda “qırmızı-şeytanlar”dan ayrıldıqdan sonra azad agentdir.
