İngiltərə

Salahın ailəsində ağır itki

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın ailəsində faciə baş verib.

Aut.az xəbər verir ki, jurnalist İsmayıl Mahmudun məlumatına görə, futbolçunun babası vəfat edib. Hadisə ilə bağlı hələlik əlavə detallar açıqlanmayıb.

İstisna olunmur ki, Salah babasını son mənzilə yola salmaq üçün bir müddət “Liverpul”un düşərgəsini tərk etsin.

Bu həftə “Liverpul”u iki qarşılaşma gözləyir. Premyer Liqada “Sanderlend”lə, İngiltərə Kubokunda isə “Brayton”la oyunlar keçiriləcək.

2025/2026 mövsümündə Məhəmməd Salah bütün turnirlərdə 25 matça çıxıb, altı qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az