İngiltərə

“Liverpul”un “sükanı” arxasına keçəcək Slot Salahla bağlı qərarını verdi

“Liverpul”un potensial yeni baş məşqçisi Arne Slot misirli hücumçu Məhəmməd Salahı komandada saxlamaq niyyətindədir.

Aut.az xəbər verir ki, mersisaydlılar da 31 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar.

“Liverpul”un Salahla 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq istədiyi bildirilir.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Hücumçu bu mövsüm “qırmızılar”ın heyətində 41 oyunda 24 qol vurub və 12 məhsuldar ötürmə edib.

Aut.az