İngiltərə

“Tottenhem” “Liverpul”la danışıqlara başladı – Kimi istəyir?

 “Tottenhem” hücumçu Kodi Qakponun mümkün transferi ilə bağlı “Liverpul”la ilkin danışıqlar aparıb.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Bildirilir ki, London klubu 26 yaşlı niderlandlı futbolçu ilə bağlı vəziyyəti araşdırır və transfer şərtlərini öyrənir.

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi və skautlar şöbəsi “Mançester Siti”nin oyunçusu Savinyoya alternativ olaraq Qakponu nəzərdən keçirir.

Futbolçunun özü yeni baş məşqçi Andoni İraolanın gəlişi və ispaniyalı cinah oyunçusu Viktor Munozun transferindən sonra “Liverpul”dakı vəziyyətindən narahatdır. Qakpo rotasiya oyunçusu olaraq qalmaq istəmir və bu da onu seçimləri araşdırmağa sövq edir.

“Tottenhem”dən əlavə, “RB Leypsiq” də hücumçu ilə maraqlanır.

Aut.az