İngiltərə

“Liverpul”un sabiq baş məşqçisi 48 yaşında öldü

“Liverpul”un qadın komandasının sabiq baş məşqçisi Mett Beard 48 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

“Liverpul” Mett Beardın qəfil ölümündən dərin sarsıntı keçirir və kədərlənir. Klubun bütün üzvləri bu faciəvi zamanda Mettin ailəsinə və dostlarına başsağlığı verir.

Mett təkcə inanılmaz dərəcədə fədakar və uğurlu məşqçi deyil, həm də hər kəs tərəfindən həmişə məhəbbətlə xatırlanacaq əsl dürüst və səmimi insan idi. Rahat yat, Mett”.

Mett 2012-ci ildən 2015-ci ilə və 2021-ci ildən 2025-ci ilin fevralına qədər “Liverpul”un qadınlardan ibarət komandasını idarə edib. Onun rəhbərliyi altında klub iki dəfə, 2013 və 2014-cü illərdə Super Liqanın qalibi olub.

Bu ilin iyununda “Bernli”nin baş məşqçisi təyin edilib, avqustda istefa verib.

“Liverpul”un sabiq baş məşqçisi 48 yaşında öldü

Aut.az