Basketbol

“Şəki” 2 legioneri ilə vidalaşdı

Azərbaycan Basketbol Liqasında çıxış edən “Şəki” komandası iki legionerlə vidalaşıb.

Aut.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda düşərgəyə qoşulan iki amerikalı basketbolçu – Simeus Vebster və Vanya Kinq komandanı tərk ediblər.

“Şəki” Basketbol Liqasında müntəzəm mövsümü 19 xalla sonuncu yerdə başa vurub.