Əfsanə bu klubun həmsahibi oldu
Dünyanın keçmiş bir nömrəli qadın tennisçisi Serena Uilyams WNBA klubu “Toronto Tempo”nun həmsahibi olub.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Kanadanın ilk WNBA komandası olan “Toronto Tempo”nun sahibi kimi özümü elan etməkdən çox həyəcanlıyam. Bu məqam təkcə basketbolla bağlı deyil, həm də qadın idmançıların əsl dəyərini və potensialını nümayiş etdirməkdir. Mən həmişə demişəm ki, qadın idmanı inanılmaz bir investisiya fürsətidir”, – deyə Serena bildirib.
Qeyd edək ki, “Toronto Tempo” 2026-cı ildə WNBA-da oynamağa başlayacaq.
Aut.az
