Ronaldo “Siti”nin futbolçusunu istədi, “Əl-Nəsr” hərəkətə keçdi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu qış transfer pəncərəsi zamanı Mateo Kovaçiçi transfer etməyi düşünür.
Aut.az xəbər verir ki, bu barədə “CBS Sports” məlumat yayıb.
Bu transferin təşəbbüskarı “Mançester Siti”nin yarımmüdafiəçisini kapitanı olduğu komandada görmək istəyən Kriştiano Ronaldodur.
“Əl Nəsr” xorvatiyalı futbolçuya həftəlik 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır. Lakin bu planı həyata keçirmək üçün klub maliyyə resurslarını boşaltmalıdır. Ola bilsin ki, buna görə Sadio Mane və ya Talişka satılsın.
Kovaçiçin “Mançester Siti” ilə 2027-ci ilə qədər müqaviləsi var. Bu da danışıqları çətinləşdirə bilər. Bununla belə, Səudiyyə klubu futbolçu uğrunda ciddi mübarizə aparmaq niyyətindədir.
Qeyd edək ki, Ronaldo və Mateo “Real”da komanda yoldaşı olublar.
Aut.az
