Slovakiya yığmasının üzvü “Qarabağ” və “Neftçi”nin hədəfində
Polşanın “Motor” klubunda çıxış edən hücumçu Samuel Mraz karyerasını Azərbaycanda davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “FutbolNews” məlumat yayıb.
Bildirlir ki, “Neftçi” və “Qarabağ” slovakiyalı futbolçunun xidmətində maraqlıdır.
“Ağ-qaralar” Mrazı elə qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir. Ağdam klubu isə tələsmir. “Köhlən atlar” üçün o, priotet transfer hədəfi deyil. Samuel “Qarabağ”ın yaydakı planları sırasında daxildir.
Qeyd edək ki, Slovakiya millisinin üzvü oaln 27 yaşlı forvardının Lüblin təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.
