Hücumçu qəzaya düşdü
“Pittsburq Pinqvins”in hücumçusu Maykl Bantinq avtomobil qəzasına düşüb.
Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mayk Sallivan məlumat verib.
Qəza klubun arenasının yaxınlığında baş verib. Hokkeyçinin vəziyyəti yaxşıdır, lakin “Tampa Bey Laytninq” ilə müntəzəm mövsüm matçını buraxmalı olub (2:5).
Bu mövsüm Bantinq 43 matçda 25 xal (13+12) toplayıb.
Aut.az
