“Vaşinqton”un rusiyalı xokkeyçisi ABŞ-da həbs edildi
NHL-in “Vaşinqton Kapitals” klubunun rusiyalı müdafiəçisi Aleksandr Alekseev ABŞ-da qalmaqalın mərkəzində olub.
Aut.az xəbər verir ki, 25 yaşlı xokkeyçi sərxoş olduğu üçün Arlinqton dairəsi polisi tərəfindən həbs edilib. Hadisə şənbə günü gecə, hüquq-mühafizə orqanlarına müəssisələrdən birinin yaxınlığında dava barədə zəng daxil olan zaman baş verib. İdmançını saxlayanda hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadə ediblər. Rəsmi polis hesabatında bildirilir ki, Alekseyev ictimai yerdə sərxoş olmaqda ittiham olunur. Lazımi sənədləşmə işləri aparıldıqdan sonra xokkeyçi sərbəst buraxılıb.
“Vaşinqton” rəhbərliyi hadisədən xəbərdar olduqlarını və hazırda insidentlə bağlı əlavə məlumat topladıqlarını təsdiqləyib.
Aut.az
