Hokkey

Dünya çempionu 47 yaşında öldü

Milli Xokkey Liqasının keçmiş oyunçusu Kayl Kalder 47 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, Kalderin 2020-ci ildən 2022-ci ilə qədər çalışdırdığı “Los Angeles Junior Kings”  kanadalı mütəxəssisin qısa sürən xəstəlikdən sonra vəfat etdiyini açıqlayıb.

1999-cu ildən 2009-cu ilə qədər Kalder “Çikaqo”, “Filadelfiya”, “Detroyt”, “Los-Anceles” və “Anahaym” komandalarında oynayıb, 608 NHL oyununda iştirak edib və 297 xal (116 qol, 181 məhsuldar ötürmə) toplayıb.

Kanada millisinin tərkibində Kalder 2003-cü ildə Dünya Çempionu olub.

Aut.az