100 milyonluq futbolçu haqda: Ayağı başından sürətli işləyir
London “Çelsi”sinin keçmiş müdafiəçisi və hazırda “TalkSPORT” radiosunun aparıcısı Ceyson Kandi ukraynalı cinah oyunçusu Mixail Mudrikin oyunu ilə bağlı təəssüratını bölüşdü.
Aut.az xəbər verir ki, Kandi 100 milyonluq futbolçunu sərt tənqid edib.
“Görünür, hər kəs sürətli oyunçularla oynamaq məcburiyyətində qalıb, lakin onlar çox sürətli olduqları üçün beyinləri ayaqları qədər sürətli işləmir. Mixail Mudrik budur!
Ayaqları sürətlidir, beynindən daha sürətlidir. O, oyunun bu hissəsini düzgün yerinə yetirməlidir”, – Kandi deyib.
“Çelsi” Premyer Liqada 12-ci pillədə qərarlaşıb.
Aut.az
