Dünya futbolu

PSJ-də ən çox onun forması satılır – Mbappe deyil

Kilian Mbappe satılan formaların sayına görə PSJ-nin lideri deyil.

Aut.az xəbər verir ki, bu barədə fransız jurnalist Abdellah Boulman məlumat verib. Onun sözlərinə görə, parislilərin ən populyar oyunçusu, forması ən çox satılan Li Kan İndir.

İkinci yerdə isə Mbappe qərarlaşıb. Qeyd edək ki, Li bu yay “Malyorka”dan 22 milyon avroya PSJ-yə keçib və Asiya Oyunlarında iştirak etdiyi üçün indiyədək Fransa çempionatında cəmi 2 oyun keçirib.

PSJ-də ən çox onun forması satılır – Mbappe deyil

Aut.az