Dünya futbolu

Oğlundan zəif deyil, birgə oynayacaqlar

Braziliyanın “Fluminense” klubu futbolçusu Felipe Melo ilə müqaviləni yeniləyib.

Aut.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildən “Fluminense”də çıxış edən Felipe Melo 2011 – 2015-ci illərdə Türkiyədə “Qalatasaray”ın uğurları üçün çalışıb. O, “sarı-qırmızılar”la üç dəfə ölkə çempionu olub. Melo eyni zamanda “İnter, “Yuventus” və “Fiorentina” kimi klublarda da çıxış edib.

Əlavə edək ki, Felipenin oğlu Davi də “Fluminense”nin əsas komandasının üzvüdür.