Bu ölkədə Ronaldinyonun qızını tapdılar – İnanılmaz FOTO
Azarkeşlər “Barselona”nın və Braziliya millisinin sabiq hücumçusu Ronaldinyonun Cənubi Afrikada qeyri-qanuni qızının olmasından şübhələnirlər.
Məsələ burasındadır ki, Pretorianın “Mamelodi Sandauns” qadın komandasının oyunçusu Miş Minnisin Ronaldinyoya heyrətamiz oxşarlığı var.
Bu yaxınlarda şəbəkədə 21 yaşlı Minnis və 43 yaşlı Ronaldinyonun fotoları kollaj edilərək yayılıb və böyük marağa səbəb olub.
Hər kəs onların arasında inanılmaz oxşarlığın olduğunu təsdiq edib. Fanatlar əmindirlər ki, bu futbolçu Ronaldinyonun qızıdır. Onlar braziliyalıdan açıqlama tələb edirlər.
Minnis Cənubi Afrikanın ən istedadlı qadın futbolçularından biri hesab olunur. O, bütün yarışlarda 23 qol vurub və “Mamelodi Sandauns”un çempion olmasına böyük töhfə verib.

