Dünya futbolu

BMT 25 mayı Dünya Futbol Günü elan etdi

Mayın 25-də Ümumdünya Futbol Günü kimi qeyd olunacaq.

Aut.az xəbər verir ki, BMT Baş Assambleyası “2024-cü ildə Parisdə 1924-cü ildə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların nümayəndələrinin iştirak etdiyi ilk beynəlxalq futbol turnirinin 100-cü ildönümünü qeyd etdiyinə görə, 25 may tarixini Ümumdünya Futbol Günü elan etmək qərarına gəlib”.

BMT-nin bütün üzv dövlətləri həmçinin “Ümumdünya Futbol Gününü milli prioritetlərə uyğun olaraq müvafiq şəkildə qeyd etməyə və futbolun hamı üçün faydaları haqqında məlumatı, o cümlədən təhsil və maarifləndirmə tədbirləri vasitəsilə yaymağa” dəvət olunur.

Aut.az