Daha bir unikal rekord
Argentina millisinin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Aut.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Ekvadora 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ matçında nail olub. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb.
Komandasının yeganə qoluna imza atan təcrübəli forvard 6 fərqli dünya çempionatının həm final, həm də seçmə mərhələsində fərqlənən ilk futbolçu kimi tarixə düşüb.
