Ronaldo qırmızı vərəqə aldıqdan sonra İrlandiyanın baş məşqçisinə nə deyib?
İrlandiya yığmasının baş məşqçisi Heymir Hallqrimsson qırmızı vərəqə aldıqdan sonra Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo ilə söhbətini açıqlayıb.
Aut.az xəbər verir ki, portuqaliyalı 59-cu dəqiqədə rəqib oyunçunun kürəyinə dirsək vurduğu üçün meydandan qovulub. Bu, Ronaldonun milli karyerasında 226-cı matçında ilk qovulması olub.
“Sadəcə dedi ki, mən ona həddən artıq təzyiq göstərirdim və o, dominantlıq edirdi, burada bossdur. Və o, qırmızı vərəqə almasına görə mənim xoşbəxt olub-olmadığımı da soruşdu. Mən dedim ki, təbii ki, xoşbəxtəm, çünki Portuqaliyanın ən yaxşı oyunçusu gedir. Amma bunun mənimlə heç bir əlaqəsi yox idi. Bütün bunlar onun öz günahı idi”, – Hallqrimsson deyib.
Aut.az
