Dünya futbolu

Onun gedişi ilə 225 milyon sərbəst qalır – Nəyə xərclənəcək?

Kilian Mbappenin gedişindən sonra PSJ-nin 225 milyon avrosu sərbəst qalacaq.

Aut.az xəbər verir ki, 25 yaşlı hücumçu sosial şəbəkələrdə mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, yeni komandanın adını açıqlamayıb.

“CBS Sports”un jurnalisti Ben Ceykobsun sözlərinə görə, Mbappenin gedişi ilə əlaqədar PSJ-də maaşlar, vergilər və sığorta haqları nəzərə alınmaqla 225 milyon avro sərbəst qalacaq.

Bu vəsaitin əhəmiyyətli bir hissəsi heyətin əsaslı güclənməsi və gənc istedadlara sərmayənin bir hissəsi olaraq bu yay bir neçə oyunçu ilə müqavilə imzalamaq üçün istifadə olunacaq.

Aut.az