Dünya futbolu

Ərəblərin təklifindən də qat-qat yüksək təklifi rədd edib

“Sion”un hücumçusu Mario Balotelli bildirib ki, “Marsel”də oynayarkən Çin klublarından birinin maliyyə baxımından çox sərfəli təklifini rədd edib.

“Çindən gələn təklifdən imtina etdim, ərəblərin təklifindən qat-qat yüksək idi. “Mən futbol oynamağı və “Marsel”də qalmağı seçdim”, – deyə “Controcalcio” italyandan sitat gətirir.

Balotelli 2019-cu ilin ilk yarısında “Marsel”də çıxış edib. 33 yaşlı futbolçu ötən mövsüm “Sion”un heyətində 21 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az