“Neftçi” yeni transferi üçün bu qədər xərcə düşüb
“Neftçi”nin yeni transfer Lukas Melano üçün nə qədər xərcə düşdüyü bəlli olub.
Aut.az xəbər verir ki, “ağ-qaralar” argentinalı hücumçu üçün “Atletiko Sarmiento” klubuna 50 min dollar ödəyib. Bu barədə “semanariodejunin.com.ar”məlumat yayıb.
29 yaşlı forvardın Bakı təmsilçisi ilə imzaladığı müqavilənin detalları isə hələ rəsmən açıqlanmayıb.
O, yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək və daha sonra rəsmi sözləşməyə imza atacaq.
