Dünya futbolu

Bizi ələ saldılar: Luçeskudan UEFA-nın qərarına reaksiya

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku UEFA-nın Millətlər Liqası çərçivəsində Kosovo ilə yarımçıq qalan oyunla bağlı qərarını şərh edib.

Aut.az xəbər verir ki, UEFA Kosovaya texniki məğlubiyyət verib.

“Onların davranış tərzi, paltardəyişmə otağından çıxdıqları vəziyyət normal deyil. Mən oyunçulara hörmət edirəm, amma onlar da idman ideyasına hörmət etməli idilər. Bu normaldır, başqa qərar qəbul edilə bilməz. Meydanı tərk edən istənilən komanda ədalətli oyuna hörmətsizlik göstərir.

Bu, heç kimi narahat etməmək üçün verilən siyasi qərardır. Həmin vaxt onlara dedim ki, belə olacaq. Bunu təşviq etməməlisiniz. Daha sonra digər komanda da eyni şeyi edə bilər. Təəssüf ki, belə oldu.

Azarkeşlər futbol komandasının bir hissəsi olmalı, komandaya dəstək olmalıdırlar. Boş stadionda oynayacaq komandanın məşqçisi kimi özümü necə hiss etməliyəm? Hesab edirəm ki, bu, böyük itkidir.

Bir komanda bizi ələ saldı və oyunu iki dəqiqəyə bitirmək istəmədikləri üçün bir saat soyuqda oturmağa məcbur olduq.

Bundan müsbət nəticə ala biləcəklərini düşünürdülər. İrqçilik harada idi? Yalandır. Azarkeşlərin davranışı əla idi”, – Luçesku deyib.

Xatırladaq ki, Kosovo azarkeşlərin Serbiya lehinə şüarlar səsləndirməsini əsas gətirərək meydanı tərk etmişdi. Bu səbəbdən oyun yarımçıq qalmışdı.

UEFA Kosovaya texniki məğlubiyyət verib, Rumıniya yığması isə bir oyunu azarkeşsiz keçirəcək.

Aut.az