Almaniya

Messi və ya Ronaldo: O, kimin yanına gedəcək?

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys “İnter Mayami” və ya “Əl-Nəsr”ə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Roys ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən bir neçə təklif alıb. Onunla maraqlanan klublar arasında Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə yanaşı, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” də var.

Marko bütün diqqətini “Real” ilə Çempionlar Liqasının final matçına yönəltdiyi üçün hələ qərar verməyib.

Qeyd edək ki. 34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi Dortmund klubundan ayrılacaq. Bu mövsüm Roys “Borussiya”nın heyətində bütün turnirlərində keçirdiyi 39 matçda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.