Dünya futbolu

122 yaşlı məşhur klub dağılır

Portuqaliyanın məşhur klubu “Boavişta” iflasa yaxıbdır.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, “Boavişta” maliyyə problemlərinə görə Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqalarında oynamaq üçün lisenziya ala bilməyib. Bu vəziyyətə görə “Boavişta” regional liqada oynamaq məcburiyyətində qalıb, lakin ardıcıl texniki məğlubiyyətə görə oktyabrda yarışdan kənarlaşdırılıb.

Dünən “Boavişta” çoxlu borclara görə Vila Nova de Gaia məhkəməsinə klubun ləğvi ilə bağlı müraciət edildiyini təsdiqləyib.

122 yaşlı komandanın rəhbərliyi yetirmələrini klubun infrastrukturundan istifadə imkanından məhrum etməmək üçün strukturunu qoruyub saxlamağa çalışacağını bildirib.

“Boavişta” 2001-ci ildə Portuqaliya çempionu olub, beş dəfə Portuqaliya kubokunu və üç dəfə Portuqaliya Superkubokunu qazanıb.

Aut.az