Dünya futbolu

Ronaldo dubl etdi, dünya rekordunu yenilədi – VİDEO

“Əl-Nəsr”in  hücumçusu Kriştiano Ronaldo AFC Çempionlar Liqasının 5-ci turunda Qətər “Əl-Qarafa”sı ilə matçda dubl edib.

Aut.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı 46-cı dəqiqədə hesabı açıb, 18 dəqiqə sonra isə komandasının üçüncü qolunu vurub.

Ronaldo özünə məxsus dünya rekordunu yeniləyərək qolların sayını 913-ə çatdırıb.

Qarşılaşma səudiyyəlilərin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.