Neymarın atası sükutu pozdu: Yalnız bu kluba keçməsini istəyirdik
“Əl-Hilal”ın hücumçusu Neymarın atası Neymar Santos oğlunun gələcəyindən danışıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Biz demək olar ki, heç vaxt gələcəklə bağlı planlar qurmamışıq. Yalnız bir dəfə “Barselona”ya keçməsini istəyirdik.
PSJ-yə keçid çılğın bir fikir idi və hadisələr burulğanına çevrildi. Eyni şeyi “Əl-Hilal” hekayəsi haqqında da demək olar.
Hamı onun sağalmasını gözləyir. O, həmişə olduğundan daha yaxşı qayıdır. Bu dəfə də belə olacaq”.
Qeyd edk ki, Neymarın “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Səudiyyə Ərəbistanı klubunun tez-tez və uzun müddətə zədələnməsi səbəbilə braziliyalı ulduzla sözləşməyə xitam veriləcəyi bildirilir. Bundan sonra onun doğma klubu “Santos”a qayıacağı iddia edilir.
Aut.az
