O andan danışdı: Avro-2024-də penalti vura bilməyəndən sonra niyə ağlayırmış?
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo AVRO-2024-ün 1/8 finalında Sloveniya ilə matçda penaltini qaçırdıqdan sonra niyə ağladığını açıqlayıb.
Aut.az xəbər verir ki, Ronaldo bu barədə Rio Ferdinandla söhbəti zamanı YouTube kanalında deyib.
“Etdiyiniz işə ehtiraslı olduğunuz zaman, özünüzü necə hiss etdiyiniz barədə narahat ola bilməzsiniz. Məsələn, penaltini qaçırdığım gün ağladım. Ağlamağım ona görə deyildi ki, penaltidən qol vurmadığım üçün Portuqaliya mübarizədən kənarlaşdırılsaydı, dünya üstümə gələcəkdi. Yox, buna görə deyildi. Bu insanlar məni tanımırlar.
Təsəvvür edin ki, son 27 penalti vurursunuz və sonra birini qaçırırsınız, bu müddət ərzində özünüzü pis hiss edirsiniz. Stadiona gələnlər – uşaqlarınız, ananız, sevgiliniz, hamı buna görə kədərlənir.
Sizcə, penaltini vura bilmədiyim üçün bütün Portuqaliyanın mənə qəzəblənəcəyini, Kriştianonun uğursuz olduğunu deyəcəyini fikirləşridim. Bu haqda qətiyyən düşünməmişdim”, – Ronaldo deyib.
Xatırladaq ki, Portuqaliya Avro-2024-ün 1/4 finalında Fransaya penaltilər seriyasında məğlub olub.
Aut.az
