Transfer edə bilmədilər: İndi deyir ki, bizə “nayomnik” lazım deyil
“Latsio”nun prezidenti Klaudio Lottito “Marsel”in hücumçusu Meyson Qrinvudla bağlı uğursuz transfer cəhdi haqda danışıb.
Aut.az xəbər verir ki, Lottitonun sözlərini jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində sitat gətirib.
“Bu, qətiyyən təəssüflənmək üçün əsas deyil. Bizə muzdlular lazım deyil. “Marsel”də xoşbəxtdir, Meyson seçim etdi və bu normaldır. Biz muzdluları qəbul etmirik, bizə yalnız “Latsio”nu seçənlər lazımdır”, – Lottito deyib.
Xatırladaq ki, bu yay Qrinvud “Mançester Yunayted”dən “Marsel”ə keçib. Lakin 2023/2024 mövsümündə hücumçu icarə əsasında İspaniyanın “Xetafe” klubunda çıxış edib. Daha əvvəl məlum olmuşdu ki, “Latsio” Qrinvuda görə futbolçunun növbəti satışından əldə olunan məbləğin 50%-ni və 24 milyon avro təklif etsə də, MY bundan imtina edərək 35 milyon avro tələb edib.
Aut.az
