Dünya futbolu

Neymarın atasından aldığı borcu qaytardı

Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Dani Alves İspaniya komandasındakı keçmiş tərəfdaşı Neymarın atasının pulunu qaytarıb.

Aut.az xəbər verir ki, bu barədə “Folha de S.Paulo” Dani Alveşin vəkili İnes Qvardiolaya istinadən məlumat verib.

Daha əvvəl mediada Neymarın atasının təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilən Alveş üçün 1 milyon avro məbləğində girov ödənilməsinə kömək etdiyi barədə məlumatlar yayılmışdı. İnes Qvardiola Alveşin Neymarın atasından 150 min avro borc götürdüyünü və pulu bir həftə əvvəl geri qaytardığını bildirib.

Xatırladaq ki, 2024-cü ilin mart ayının sonunda Dani Alves hökmü qüvvəyə minənədək 1 milyon avro girov müqabilində azadlığa buraxılmışdı. “Marca” El País-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yenidən futbola qayıtmaq niyyətindədir.

Aut.az