Zidan qərarını verdi: Bu komandada işləyəcək
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan fəaliyyətini bərpa edə bilər.
Aut.az xəbər verir ki, fransalı mütəxəssis artıq dəqiq qərar verib. O, 2026-cı il dünya çempionatından sonra Fransa yığmasına başçılıq edəcək. Hazırkı çalışdırıcı Didye Deşamın ayrılmasından sonra “xoruzlar”ın “sükanı arxasına” keçmək Zidanın əsas arzusu sayılır.
Məhz buna görə fransalı mütəxəssis son iki il ərzində bir sıra rəsmi təklifləri qəbul etməyib. Onun xidmətlərində PSJ, “Mançester Yunayted” və Səudiyyə Ərəbistanı klubları maraqlı olsalar da, Zidan hamısına “yox” deyib.
Aut.az
