İspaniya

Məşhur insayder əmin etdi: Vinisiusla bu klublar arasında…

Tanınmış futbol insayderi Fabritsio Romano bildirib ki, hazırda “Real Madrid”in hücumçusu Vinisius Junior ilə Avropa futbol klubları arasında heç bir danışıq aparılmır.

Aut.az xəbər verir ki, Fabritsionun sözlərini “TEAMtalk” sitat gətirib.

“Son günlərdə bəzilərinizdən çoxlu mesajlar aldım, məsələn: “Fabritsio, onun Səudiyyə Ərəbistanına getməsi doğrudurmu, onu “Çelsi”, “Mançester Yunayted”, PSJ ilə əlaqələndirirlər?” Uşaqlar, bütün dünya klublarının Vinisiusu qiymətləndirə bilməsi tamamilə normaldır. O, fantastik, çılğın oyunçudur. Bu, tamamilə normaldır, amma zəmanət verə bilərəm ki, bu gün Vinisiusun bu klublarla əlaqələri tamamilə qeyri-realdır. Beləliklə, Vinisiusla hər hansı bir Avropa klubu arasında heç nə baş vermir”, – Fabritsio bildirib.

Aut.az