İspaniya

Paltardəyişmə otağından spirt iyi gəlirmiş, yoxlayıblar və…

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello Madrid klubunda ikinci dönəmində üzləşdiyi nizam-intizamla bağlı problemlərdən danışıb.

Aut.az xəbər verir ki, Kapello sabitliyi pozan əsas oyunçulardan birinin braziliyalı hücumçu Ronaldo olduğunu qeyd edib .

İtalyan mütəxəssis 1996-1997 və 2006-2007-ci illərdə “Real”ı çalışdırıb. İkinci dönəmdə Ronaldodan başqa David Bekhem, Ruud van Nistelroy , Roberto Karlos və Raul kimi oyunçular “Real”da oynayıb.

“Bir gün Ruud van Nistelroy yanıma gəldi və dedi ki, soyunub-geyinmə otağından spirt iyi gəlir. Yoxladıq və belə olduğu təsdiqləndi.

Ronaldoya gəlincə, o, əylənməyi və komanda yoldaşlarını özünə cəlb etməyi sevirdi.

2002-ci il dünya çempionatı zamanı Ronaldonun çəkisi 82 ​​kilo idi, mən ona arıqlamağı məsləhət gördüm, o isə 92,5 kilo oldu”, – Kapello “Sport.es”ə bildirib.

Aut.az